
ABŞ Prezidenti Co Bayden 2022-ci maliyyə ili üçün təxminən 770 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
GunAz.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Qeyd olunub ki, Co Bayden Müdafiə Nazirliyinin proqramları, hərbi tikinti, Energetika Nazirliyinin daxili təhlükəsizlik proqramları və kəşfiyyat proqramlarını əhatə edən 2022-ci maliyyə ili üçün müdafiə büdcəsini imzalayıb.