
Ukrayna və Rusiya "Azovstal" ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.
Bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk deyib.
O qeyd edib ki, Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini təxliyəyə hazırlamaq üçün istifadə edəcək.
Nazirin sözlərinə görə, Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını verib, lakin onların çıxarılması ilə bağlı hələlik razılaşmaq mümkün olmayıb.