
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında videokonfrans vasitəsilə danışıqlar davam edir.
GunAz.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
"Vladimir Medinski Rusiya nümayəndə heyətinə rəhbərlik etməyə davam edir", - Peskov bildirib.
***
Ukrayna və Rusiya bu gün müharibəyə son qoymaq üçün danışıqların növbəti raundunu keçirib.
Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Podolyak məlumat verib.
Qeyd olunub ki, nümayəndə heyətləri xüsusi işçi alt qrupların yaradılması barədə razılığa gəliblər.
"Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Xüsusi işçi alt qruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki sərt direktivlərlə müəyyən edilib", - Podolyak vurğulayıb.
Ukrayna nümayəndə heyətinin nümayəndəsi yaradılan işçi qrupların hansı məsələlərlə məşğul olacağı barədə məlumat verməyib.
Xatırladaq ki, bu gün Rusiya tərəfi Ukrayna ilə videokonfrans formatında danışıqların aparıldığını elan edib. Lakin Kreml detalları açıqlamayıb.