SON DƏQİQƏ

Rusiya Ukrayna ilə danışıqlara hazırlaşır

Tarix:

25-02-2022, 20:56

/ 2 332 dəfə oxundu.
Rusiya Ukrayna ilə danışıqlara hazırlaşır

Rusiya Ukrayna ilə danışıqlara razılıq verərək, artıq Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti yaradıb”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

 

Bundan əvvəl Vladimir Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bildirib. Bundan sonra Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və onun administrasiyasının nümayəndələrini Ukrayna nümayəndə heyəti ilə danışıqlara göndərməyi mümkün hesab edib. Görüşün Minskdə təşkil olunması təklif olunub.

"Rusiya tərəfi dərhal prezidentin tapşırığı ilə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti yaradıb. Bütün bu məlumatlar ukraynalıların diqqətinə çatdırılıb”, – Peskov qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ