SON DƏQİQƏ

Rusiya-Ukrayna danışıqları başa çatdı

Tarix:

7-03-2022, 22:16

/ 1 749 dəfə oxundu.
Rusiya-Ukrayna danışıqları başa çatdı

Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqların III raundu yerli vaxtla saat 16:00-a planlaşdırılıb.

GunAz.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak Tvitter səhifəsində yazıb.

O bildirib ki, nümayəndə heyətinin tərkibində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, bundan öncə Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların III raundunda iştirak etmək məqsədilə Belarus səfərə gedib.

Tərəflər arasında ilk iki görüş 28 fevral və 3 mart tarixlərində Belarusda keçirilib.

***

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.

***

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.

Danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir: heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.

Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim "Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edir.


скачать dle 12.1

Şərhlər