SON DƏQİQƏ
» » Putin razılığa gəldi- Sülh danışıqları bu ölkədə keçiriləcək

Putin razılığa gəldi- Sülh danışıqları bu ölkədə keçiriləcək

Tarix:

6-04-2022, 18:53

/ 1 715 dəfə oxundu.
Putin razılığa gəldi- Sülh danışıqları bu ölkədə keçiriləcək

Macarıstanın baş naziri Orban Putini Ukrayna ilə sülh danışıqlarına dəvət edib.

Rusiya prezidenti Vladimir Putin Macarıstanda Ukrayna, Almaniya və Fransanın iştirak etdiyi sülh danışıqlarında iştirak etmək təklifini qəbul edib, lakin səfər yalnız müəyyən şərtlər daxilində baş tutacaq, Macarıstanın baş naziri Viktor Orban Rusiya lideri ilə telefon danışığından sonra bildirib.

Orbanın sözlərinə görə, o, Putini Ukraynada atəşkəs rejiminin tətbiqi məsələsini müzakirə etmək üçün danışıqlarda iştiraka dəvət edib və Macarıstanın sülh nizamlanması ilə bağlı mövqeyini xatırladıb. "Ukraynada 200 min macar yaşayır, ona görə də biz onlara cavabdehik. Hərbi əməliyyatları dayandıra bilsək, heç bir şey onların həyatını təhdid etməyəcək”, - deyə baş nazir bildirib.

Putin parlament seçkilərinin nəticələrinin yekun hesablanmasından sonra Orbanı təmsil etdiyi Fides-Macarıstan Vətəndaş Birliyi partiyasının qələbəsi münasibətilə təbrik edib. Kremlin mətbuat xidməti bildirib ki, Rusiya lideri çətin beynəlxalq vəziyyətə baxmayaraq, ikitərəfli tərəfdaşlığın gələcək inkişafına ümid etdiyini bildirib.

скачать dle 12.1

Şərhlər