
Moldova "Qazprom"un ölkəyə qaz tədarükünü dayandırması qərarına hazırdır.
Bunu ölkə Baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinu bildirib.
"Moldova hazırdır və "Qazprom” təchizatı dayandırmaq qərarına gələrsə, tab gətirmək üçün kifayət qədər ehtiyata malikdir. Bizim ehtiyatda 24 milyon kubmetrə yaxın qazımız var ki, bu da bir aylıq yay istehlakı üçün kifayət edər", - nazir qeyd edib.






























