
Çin Xalq Respublikasının müdafiə naziri general Vey Fenxe 27 apreldə Tehrana səfərə gələcək.
GunAz.az xəbər verir ki, bu barədə "Mehr” agentliyi yazıb.
Çinli nazirin iranlı həmkarı da daxil olmaqla, bir sıra yüksəkçinli rəsmilərlə görüşünün keçiriləcəyi gözlənilir.
Əsas müzakirə mövzularından biri də iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın gücləndirilməsidir.




























