
Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın Gürcüstandakı səfirini geri çağırması səhv addım olub.
GunAz.az xəbər verir ki, bunu Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze deyib.
Onun sözlərinə görə, Ukrayna vətəndaşlarına Gürcüstandakı kimi rəftar edildiyi başqa bir ölkə yoxdur:
"Məncə, səfirin geri çağırılması, səhv idi. Çünkü Ukrayna vətəndaşlarına Gürcüstandakı kimi rəftar edildiyi alternativ ölkə yoxdur. Aramızda olan narazılığı nə qədər tez unutsaq, ölkələrimiz bir o qədər sürətlə inkişaf edəcək”.
O həmçinin, Gürcüstanın sanksiyalara qoşulmamasına da toxunub:
"Gürcüstan istər BMT, istər Avropa Şurasının tətbiq etdiyi olsun, bütün kritik sanksiyalara qoşulub. Lakin təcavüzkar Rusiyaya heç bir təsiri olmayacaq və yalnız əhalimizi sıxışdıracaq sanksiyalara qoşulmağımızın, əlbəttə ki, mənası yoxdur”.






























