SON DƏQİQƏ
» » Döyüş təyyarələri Çernobıl AES-də reaktorlara zərər verib - Yeni təhlükə xəbərdarlığı

Döyüş təyyarələri Çernobıl AES-də reaktorlara zərər verib - Yeni təhlükə xəbərdarlığı

Tarix:

11-03-2022, 23:38

/ 1 423 dəfə oxundu.
Döyüş təyyarələri Çernobıl AES-də reaktorlara zərər verib - Yeni təhlükə xəbərdarlığı

Rus əsgərlərinin nəzarətində olan Çernobıl Atom Elektrik Stansiyasında vəziyyət daha da pisləşir.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər stansiyaya elektrik enerjisi verilməsə, Çernobıl yenidən nüvə fəlakətinin mərkəzinə çevrilə biləcəyindən narahatdırlar.

 

Xatırladaq ki, nüvə tullantıları anbarı kimi istifadə olunan obyektin martın 9-da elektrik enerjisi kəsilib. Ehtiyat generatorların da yanacağı tükənir.

Qlobal təhlükəsizlik üzrə alim Ed Lyman AES-dəki vəziyyətin belə davam etməsinin təhlükələrindən danışıb: "Soyuducu nasoslara elektrik enerjisi verilmədikdə, işlənmiş yanacaq hovuzu isinməyə başlayacaq. Su qaynayaraq yanacaq çubuqlarını açıb radioaktiv qaz buraxacaq”.

Lyman bildirib ki, əvvəllər stansiyanın girişində, radiasiya nəzarət məntəqəsində insanların bədənlərində nüvə çirklənməsi yoxlanılır, rus əsgərləri isə istədikləri kimi əraziyə girib-çıxırlar.

"Middlebury” İnstitutunun nüvə fizikası mütəxəssisi Ferenc Dalnoki-Verress də elektrik stansiyasının üzərindən yüksək sürətlə keçən döyüş təyyarələrinin reaktorlara zərər verdiyini açıqlayıb.

Dalnoki-Verress qeyd edib ki, yüksək sürətin yaratdığı vibrasiya yanacaq hovuzuna zərərli təsir göstərir. Alim həmçinin nüvə obyektinə bir raket və ya təyyarənin düşməsinin də böyük təhlükə yaradacağını ifadə edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ