SON DƏQİQƏ
» » BÖYÜK TƏHLÜKƏ- Atom elektrik stansiyası yanır

BÖYÜK TƏHLÜKƏ- Atom elektrik stansiyası yanır

Tarix:

4-03-2022, 08:22

/ 1 290 dəfə oxundu.
BÖYÜK TƏHLÜKƏ- Atom elektrik stansiyası yanır

Ukraynanın Prezidenti Volodimir Zelenski martın 4-nə keçən gecə Rusiya ordusu tərəfindən Enerqodardakı Zaporojye atom elektrik stansiyasının atəşə tutulmasından və ardınca AES ərazisində baş verən yanğından danışıb.

Prezident bu cür hücumların Çernobıl faciəsinin təkrarı ilə yekunlaşa biləcəyi barədə xəbərdarlıq edib və dünya dövlətlərini təcavüzkarların əməllərinə təcili cavab verməyə çağırıb:

"Avropa indi oyanmalıdır! Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır və Rusiya tankları nüvə bölmələrini atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni hara atəş açdıqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.

Zelenski hadisə ilə əlaqədar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts, Polşa Prezidenti Andjey Duda, Böyük Britaniyanın Baş naziri Boris Conson və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə əlaqə saxlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ