
Gürcüstanın Tkibuli şəhərində Mindeli adına kömür mədənində partlayış baş verib.
Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan biri ölüb, digərlərinin vəziyyəti isə ağır qiymətləndirilir.
Partlayışın səbəbləri araşdırılır.