SON DƏQİQƏ
» » İranda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB

İranda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB

Tarix:

4-05-2017, 09:06

/ 4 597 dəfə oxundu.
İranda  partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB

İranda kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

 "Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə İranın əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii bildirib.
Bundan əvvəl, hadisə nəticəsində 21 nəfərin öldüyü, 69 nəfərin xəsarət aldığı bildirilirdi.
Qeyd edək ki, hadisə ölkənin şimal-qərbindəki Gülüstan vilayətinin Azadşəhr şəhərində baş verib.
***
23:11
İranda kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
APA-nın Tehran bürosunun məlumatına görə, xilasedicilər yardımçı tunellər qazaraq mədəndə qalan fəhlələri xilas etməyə çalışıblar, lakin tunellərdə qaz olduğu üçün ora girmək mümkün olmayıb. Yerin altında qalmış fəhlələrin meyitlərini tunellərə oksigen vurduqdan sonra çıxarmaq mümkün olub.
İndiyədək  69 nəfər xəsarət alaraq xəstəxanalara çatdırılıb.
Bildirilir ki, mədəndə hələ də fəhlələr qalır, ölənlərin sayının artacağı ehtimal olunur. İranda  partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB
***
17:21
İranda kömür mədənində baş vermiş partlayış nəticəsində 26 nəfər yaralanıb, iki nəfərin cəsədi dağıntılar altından çıxarılıb. 
APA-nın Tehran bürosunun məlumatına görə, xilasedicilər yardımçı tunellər qazaraq mədəndə qalan fəhlələri xilas etməyə çalışırlar. 
Bildirilir ki, partlayışa səbəb qaz sızması olub.
Təcili Tibbi Yardım təşkilatı bəyan edib ki, dərinliyi 1800 metr olan mədənin cənub hissəsində 50 nəfər, şimal hissəsində isə 40 nəfər qalıb.  
*** 16.13
İranda kömür mədənində partlayış olub.
 "RİA Novosti”yə istinadən verilən məlumata görə, hadisə ölkənin şimal-qərbindəki Gülüstan vilayətinin Azadşəhr şəhərində baş verib.
Fövqəladə hallar idarəsinin yaydığı məlumatda deyilir ki, dağıntılar altında 50-dək fəhlə qala bilər.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ