
Koronavirus pandemiyası Omikron ştammı ilə sona çatır. İki aydan sonra normal həyatımıza qayıdacağıq.
GunAz.az Publika.az-a istuinadla xəbər verir ki, bunu Danimarkanın aparıcı yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən biri olan Danimarka Dövlət Serum İnstitutunun baş epidemioloqu Tyra Grove Krause deyib.
O bildirib ki, Omikron ştamında yoluxanların xəstəxanaya yerləşdirilmə riski Delta variantındakından 50 faiz azdır:
"Düşünürəm ki, iki aya nəticələr əldə edəcəyik. Ümid edirəm ki, infeksiya azalmağa başlayacaq və biz normal həyatımıza qayıdacayıq".
































