SON DƏQİQƏ
» » "Omikron" ştammı ilə bağlı daha bir qorxunc açıqlama

"Omikron" ştammı ilə bağlı daha bir qorxunc açıqlama

Tarix:

27-12-2021, 08:22

/ 1 478 dəfə oxundu.
"Omikron" ştammı ilə bağlı daha bir qorxunc açıqlama

Koronavirusun "omikron” ştamını ilk aşkarlayan mütəxəssis, Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti Anjelika Kutzi yeni variantın təhlükəsi haqqında xəbərdarlıq edib.

"Omikron” ştamını aşkarlamaqla bu barədə yuxarı orqanlara məlumat verən və dünyada bununla tanınan həkim COVID-19-un ən mutasiyaya uğramış variantı haqqında danışıb.

Kutzi peyvənd olunmayanların bu virusu 100 faiz yayma potensialı olduğunu vurğulayıb.

O, elmi olaraq B.1.1.529 kimi tanınan ştamın Hindistanda da geniş yayıla biləcəyini diqqətə çatdırıb. "Hazırda istifadə olunan bütün peyvəndlər çoxlu sayda mutasiyaya uğramış variantlara qarşı təsirlidir", - Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti əlavə edib. Mütəxəssis habelə bildirib ki, peyvənd olunmayanların bu xəstəliyə yoluxma riski 100 faizdir.

"Əgər peyvənd olunmusunuzsa və ya əvvəllər xəstələnmisinizsə, virusun üçdə birini yaya bilərsiniz", - Anjelika Kutzi vurğulayıb: "Amma peyvənd olunmayanların bu virusu yayma potensialı 100 faizdir”, - o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ