Finlandiyada koronavirusun yeni "omikron" ştamına 11 yoluxma qeydə alınıb.
Bu barədə ölkənin Milli Səhiyyə və Sosial İnkişaf İnstitutu məlumat yayıb.
İnstitutun məlumatına görə, Helsinki, Uusimaa, Cənubi Kareliya və Vaasada "omikron" ştamı aşkarlanıb.
Bununla da Finlandiyada "omikron" ştamına yoluxanların sayı 20-yə çatıb.
İndiyədək əhalinin 82,5%-i koronavirusa qarşı iki doza, 87,2%-i bir doza, 9%-i isə üç doza ilə peyvənd olunub.