
OPEK ölkələri nazirləri Küveytdən olan Haysam əl-Qaysi təşkilatın baş katibi vəzifəsinə təyin ediblər.
Bu barədə OPEK-in yaydığı məlumatda bildirilib.
Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonu əvəz edəcək. Məhəmməd Barkindonun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır.
Qeyd edək ki, əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndə heyətinə rəhbərlik edib. Onun namizədliyi siyahıda yeganə olub.





























