OPEK-ə yeni rəhbər seçildi

OPEK-ə yeni rəhbər seçildi

OPEK ölkələri nazirləri Küveytdən olan Haysam əl-Qaysi təşkilatın baş katibi vəzifəsinə təyin ediblər.

Bu barədə OPEK-in yaydığı məlumatda bildirilib.

 

Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonu əvəz edəcək. Məhəmməd Barkindonun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır.

Qeyd edək ki, əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndə heyətinə rəhbərlik edib. Onun namizədliyi siyahıda yeganə olub.

скачать dle 12.1
Geri qayıt