
Türkiyənin TPAO şirkəti (Türkiyə Petrolları Anonim Ortaqlığı) Suriya sərhədində neft aşkarladığı barədə məlumat yayıb.
GunAz.az xəbər verir ki, bu barədə TPAO-nun Tvitter səhifəsində məlumat yayılıb.
"Türkiyə-Suriya sərhədində yeni tapıntı. Mardinin Nusaybin ilçəsinin 32 km şərqində Günyurdu-1 quyusunda axtarışlar nəticəsində ağır neft tapılıb”, - deyə bildirilib.



























