SON DƏQİQƏ
» » Zəngəzur dəhlizi ilə bağlı yeni sirlər açıldı

Zəngəzur dəhlizi ilə bağlı yeni sirlər açıldı

Tarix:

25-11-2021, 18:05

/ 2 185 dəfə oxundu.
Zəngəzur dəhlizi ilə bağlı yeni sirlər açıldı

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Zəngəzurda icma rəhbərləri ilə görüş keçirib.

Görüşdə Qafan, Gorus, Mehri, Sisian rayonlarının rəhbər şəxsləri, o cümlədən, Teq, Tatev, Qorayk kəndlərinin icma başçıları və digərləri iştirak edib.

Görüşün məqsədi, gündəliyi açıqlanmır. Lakin Ermənistan mediası yazır ki, toplantı Soçi görüşündə razılaşmalar və bu razılaşmaların icrası ilə bağlı olub.

Görüşdə iştirak edən Gorus merinin müavini Karen Koçaryan deyib ki, bölgədəki vəziyyət müzakirə olunub: "Sünikdə (Zəngəzur) sərhədlərin qorunması problemi var. Baş nazirlə görüşdən sonra sərhədlərin qorunması ilə bağlı məsələdə narahatlığım daha da dərinləşdi. Sünikin sərhədləri və müdafiəsi ilə bağlı narahatlıqlar dərinləşir, başqa heç nə deyə bilmərəm”.

Erməni jurnalist sual verib: Paşinyan "dəhliz verilməsə, Azərbaycan bunu müharibə ilə alacaq” sözlərini dedi?

K.Koçaryan cavabdan yayınıb və "daha dərinə getməyək, söyləyə biləcəklərimi danışdım” deyə bildirib.

Erməni mediası Paşinyanın görüşdə Zəngəzur dəhlizinin verilməsinin vacibliyini izah etdiyini qeyd edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ