SON DƏQİQƏ
» » Saakaşvili ABŞ-a çağırış etdi: Sanksiya tətbiq edin!

Saakaşvili ABŞ-a çağırış etdi: Sanksiya tətbiq edin!

Tarix:

5-11-2021, 23:49

/ 1 459 dəfə oxundu.
Saakaşvili ABŞ-a çağırış etdi: Sanksiya tətbiq edin!

Mixail Saakaşvili ABŞ hakimiyyətini Gürcüstanın "klan məhkəməsinə” sanksiya tətbiq etməyə çağırıb.

GunAz.az xəbər verir ki, bu barədə çağırışı Saakaşvili Feysbuk səhifəsində yayıb.

"ABŞ hakimiyyətini Gürcüstanın klan məhkəməsi heyətinə dərhal sanksiya tətbiq etməyə çağırıram. Bu, məhkəmələrin müstəqilliyi uğrunda və təzyiqlərə qarşı səsini ucaldan hakimlərin mövqeyini gücləndirər. Bu, hətta ədalətsiz sistemin qurbanlarına ümid bəxş edər.

Mən bunu bir aydan çoxdur ki, məhkəmədə hüquqlarını qorumaq imkanı yaradılmayan Putinin şəxsi əsiri kimi deyirəm”, - Saakaşvili qeyd edib.


скачать dle 12.1

Şərhlər