
ABŞ Dövlət katibinin köməkçisi Erika Olson Cənubi Qafqaz turu çərçivəsində Gürcüstana səfər edib.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ rəsmisi Tiflisdə Gürcüstan Baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri David Zalkaliani ilə görüşəcək.
Bundan əlavə, Olsonun Gürcüstanda digər siyasətçilərlə də bir araya gələcəyi gözlənilir.
Qeyd edək ki, bundan öncə E.Olson İrəvanda səfərdə idi. Onun növbəti səfəri Bakıya olacaq.





























