SON DƏQİQƏ
» » "Taliban" lideri öldürülüb?- ŞOK SƏS YAZISI YAYILIB

"Taliban" lideri öldürülüb?- ŞOK SƏS YAZISI YAYILIB

Tarix:

14-09-2021, 15:53

/ 4 270 dəfə oxundu.
"Taliban" lideri öldürülüb?- ŞOK SƏS YAZISI YAYILIB

Əfqanıstanda idarəçiliyi ələ keçirən "Taliban” rejiminin daxilində parçalanma yaşanır.

Hakimiyyət uğrunda mübarizənin silahlı toqquşmaya keçdiyi deyilir. Belə ki, bir neçə gün öncə "Taliban” liderlərindən Molla Abdul Qəni Bəradərin tərəfdarları ilə "Haqqani” qruplaşması arasında atışma baş verdiyi, nəticədə Bəradərin öldürüldüyü iddia edilir.

Mövcud hökumətin tərkibi ilə razılaşmayan "Haqqani”lər Prezident sarayına hücum ediblər.

"Taliban” isə deyilənlərin yalan olduğunu, Molla Abdul Qəni Bəradərin hazırda Qəndahar şəhərində olduğunu açıqlayıb. Bunu sübut etmək üçün isə 15 dəqiqəlik səs yazısı təqdim edilib.

Səs yazısında Bəradər olduğunu deyən şəxs özünün və silahdaşlarının yaxşı olduğunu bildirib.

скачать dle 12.1

Şərhlər