
Ermənistan ordusunun hərbçisi ölüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. "Sentyabrın 13-ü saat 22:00-da cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan serjant Mkrtç Ovakimyan (1978) ölüb”, - məlumatda qeyd olunub. Faktla bağlı araşdırma aparılır.






























