
Dünya birliyi Əfqanıstandakı humanitar böhranın həlli üçün səy göstərməli və ölkədəki vəziyyətə görə məsuliyyəti bir-birinin üzərinə atmamalıdır.
GunAz.az xəbər verir ki, bunu Rusiyanın BMT-nin Cenevrədəki bölməsində Rusiyanın Daimi Nümayəndəliyinin rəhbəri Gennadi Qatilov deyib.
"Hazırda Əfqanıstana humanitar yardım və onun münaqişədən sonra yenidən qurulması məsələləri ön plana çıxır. Sosial-iqtisadi gərginlik narahatlıq doğurur. Ölkəni tərk etmək istəyən çox sayda əfqanı nəzərə alaraq, bölgədə və dünyada miqrasiya vəziyyətinin fəsadlarının qarşısını almaq lazımdır", - Qatilov qeyd edib.































