SON DƏQİQƏ

Gürcüstanda sabiq nazir həbs edildi

Tarix:

7-09-2021, 21:18

/ 1 427 dəfə oxundu.
Gürcüstanda sabiq nazir həbs edildi

Gürcüstanın sabiq müdafiə naziri, "Formula” televiziya kanalının təsisçisi David Kezeraşvili beş il müddətinə azadlıqdan məhrum edilib.

GunAz.az Report-a istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.

Sabiq nazir Müdafiə Nazirliyi ilə bağlı bir layihə çərçivəsində 5 milyon 60 min avro məbləğində vəsaiti mənimsəməkdə ittiham olunub. 2017-ci ildə Apellyasiya Məhkəməsi D.Kezeraşviliyə bəraət verib. Məhkəmə prosesi bir neçə gün öncə bərpa edilib.

Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər