
Fələstin Prezidenti Mahmud Abbas koronavirus səbəbindən tətbiq olunan fövqəladə vəziyyət rejimini bir ay uzadıb.
GunAz.az xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi xəbər agentliyi məlumat yayıb.
Bu qərarla fövqəladə vəziyyət rejiminin tətbiqi ikinci ilinə yaxınlaşıb.
Qeyd edək ki, ölkədə son sutkada 2 466 nəfər koronavirusa yoluxub, beş nəfər virusun qurbanı olub.