SON DƏQİQƏ
» » 100-ə yaxın ölkə Talibanla saziş bağladığını elan edib

100-ə yaxın ölkə Talibanla saziş bağladığını elan edib

Tarix:

30-08-2021, 09:01

/ 2 687 dəfə oxundu.
100-ə yaxın ölkə Talibanla saziş bağladığını elan edib

Dünyanın 98 ölkəsi Talibanla saziş bağladıqlarını açıqlayıb. Razılaşmalartaliblərin təyin etdiyi ölkədən qoşunların çıxarılması müddətindən - 31 avqustda sonra dövlətlərə xidmət edən və Əfqanıstan müttəfiqlərini təxliyə etməyə imkan yaradacaq.

Trend-in "TASS" istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət departamentinin rəsmi saytında dərc olunan Əfqanıstandan təxliyə zəmanətləri ilə bağlı birgə bəyanatda bildirilir.

Müqaviləni bağlayan ölkələr arasında İngiltərə, Almaniya, İtaliya, Fransa, İsveçrə, Türkiyə və Ukrayna var.

"Hamımız vətəndaşlarımızın, işçilərimizin və bizimlə işləyən əfqanların, eləcə də risk altında olanların Əfqanıstanın hüdudlarından kənarda daha sərbəst hərəkət etmələrini təmin etmək üçün çalışırıq", - birgə bəyanatda deyilir.

скачать dle 12.1

Şərhlər