
Türkiyə və Monteneqro dostluq münasibətləri olan iki ölkədir.
GunAz.az xəbər verir ki, bunu Moteneqro Prezidenti Milo Cukanoviç deyib.
"Monteneqronun NATO üzvlüyü sayəsində Türkiyə ilə müttəfiq olduq. Türkiyədə 150 mindən çox monteneqrolu yaşayır. Bu insanlar iki ölkə arasında əhəmiyyətli bir körpü təşkil edir. Onlar Monteneqroya sədaqətini qoruyan məsuliyyətli Türkiyə vətəndaşlarıdır", - deyə o bildirib.





























