
Rusiya Prezidenti Vladimir Putin və Pakistan Baş naziri İmran Xan arasında telefon danışığı baş tutub.
GunAz.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər iki ölkənin Əfqanıstan məsələsində yanaşmasını əlaqələndirməklə yanaşı, müxtəlif səviyyələrdə Rusiya-Pakistan təmaslarını intensivləşdirmək barədə razılığa gəliblər:
"Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarından regional sabitliyin təmin edilməsində, habelə terrorizm və narkotik təhlükəsi ilə mübarizədə istifadə edilməsinin məqsədəuyğunluğu vurğulanıb"



























