
Ermənistanda hərbçilərin məzarları betonlanmağa başlanıb.
Bu barədə Аreq Barseqyan bildirib.
O, məsələnin səbəbini belə açıqlayıb:
"Sizdə belə bir sual yaranmadımı ki, niyə? Amma mən nəyə görə olduğunu sizə deyəcəm. Şəxsən övladları itkin düşmüş valideynlərlə söhbət etmişəm, bilirəm. Bu insanları 30%-lik DNT ilə inandırmağa çalışırlar ki, övladlarının nəşini tanısınlar və dəfn etsinlər. Məlum hallar var ki, dəfndən bir müddət sonra dəfn edilənin onların uşağı olmaması bəlli olur. Dəfndən sonra onlar öyrənirlər ki, basdırdıqları başqa şəxsdir. Nəticədə başıpozuq identifikasiyaya görə valideynlər eksqumasiya tələb edirlər. Gec-tez bu cür tələblərin sayı artacaq. İndi də hakimiyyət (Yerablurda) hərbçi məzarlarını betonlamağa başlayıb ki, eksqumasiya tələblərini yerinə yetirmək mümkün olmasın”.konkret.az




























