SON DƏQİQƏ
» » Rusiyadan Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA- HAZIRIQ

Rusiyadan Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA- HAZIRIQ

Tarix:

18-08-2021, 20:55

/ 4 290 dəfə oxundu.
Rusiyadan Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA- HAZIRIQ

Rusiya Türkiyə ilə təyyarə və helikopter istehsalı sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.

Bu sözləri Rusiyanın "Rosoboroneksport” şirkətinin departament rəhbəri Denis Qizunov İstanbulda keçirilən "IDEF-21” sənaye sərgisində jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, Rusiya Türkiyənin qırıcı təyyarələrin 5-ci nəslinin istehsalına dair "TF-X” proqramı çərçivəsində bu ölkə ilə əməkdaşlıq edir. İki ölkə təkcə hava hücumundan müdafiə sistemləri üzrə deyil, təyyarə və helikopter istehsalı sahəsində tərəfdaşlığa hazırdır. Rusiya Türkiyəyə S-400 zenit-raket sistemləri, eləcə də bu sistemlərin müdafiəsini təmin edən texnika satmağı planlaşdırır.

Qeyd edək ki, İstanbulda açılmış "IDEF-21” sərgisində Rusiyanı "Rosoboroneksport” şirkəti, habelə "Kalaşnikov”, "Almaz-Antey” şirkətlər qrupu təmsil edir.

скачать dle 12.1

Şərhlər