
Yunanıstan Xarici İşlər Nazirliyi ölkədə irimiqyaslı meşə yanğınları ilə mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür edib.
Bu barədə Yunanıstan XİN-in "Twitter” hesabında paylaşım edilib.
Yunanıstanda 10 gündən artıq müddətdə 47 dərəcəyədək anomal istilər qeydə alınıb. Bununla əlaqədar ölkədə 154 meşə yanğını baş verib. Təkcə son sutka ərzində 98 yeni yanğın başlayıb.