
Avstraliyanın Kape-York yarımadasında timsah 2 əsgərə hücum edib.
Timsahın hücumuna məruz qalan əsgərlərdən biri başından və sinəsindən yaralanıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, əsgərlər gölə sərinləmək üçün giriblər. Bu zaman onlar timsahın hücumuna məruz qalıblar.



























