
ABŞ Talibanla mübarizə aparmaq üçün "B-52 Stratofortress” bombardmançı təyyarələrini Əfqanıstana göndərib.
GunAz.az xəbər verir ki, bu barədə "Tayms” Pentaqondakı mənbəyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, təyyarələr Qətərdəki Əl-Udeyd bazasından qalxıblar. Bombardmançıların sayı məlum deyil.
Təyyarələr Qəndəhar, Herat, Ləşkərgah və Hilmənd əyalətlərində Taliban qüvvələrinə zərbələr endirəcək. Bununla yanaşı AC-130 təyyarələri də bombardmançılara dəstək verəcək.
***
ABŞ-ın "B-52 Stratofortress” bombardmançı təyyarələri Əfqanıstanın Cauzcan əyalətində Taliban qüvvələrinə zərbələr endirib.
Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin rəsmisi Favad Aman deyib.
Məlumata görə, aviazərbələr nəticəsində terrorçular böyük itki veriblər.



























