
Çin və Hindistan hökumətləri qarşılıqlı olaraq mübahisəli ərazilərdən sayılan Ladaxın Qorqa bölgəsindən hərbi qüvvələri geri çəkmək barədə qərar qəbul edib.
GunAz.az xəbər verir ki, hərbi qoşunlar 2 gün ərzində daimi dislokasiya məntəqələrinə qayıdıblar.
Çin və Hindistan qüvvələrinin təmas xəttində yaratdığı müvəqqəti konstruksiyalar da sökülüb.
Əlavə məlumat verilməyib.



























