
Tunisdə fövqəladə vəziyyət elan edilib.
GunAz.az bxəbər verir ki, bu gündən etibarən 27 avqust tarixinə qədər hər gün saat 19:00-06:00 arası komendant rejimi elan olunub.
Komendant saatının elan olunmasına səbəb kimi ölkə Prezidenti Kais Səidin parlamenti buraxması və millət vəkillərinin toxunulmazlığını ləğv etməsi, həmçinin Hişam əl-Meşişi Baş nazir vəzifəsindən kənarlaşdırması göstərilib.
Qeyd olunub ki, sözügedən qərarlardan sonra ölkədə çaxnaşma yaşanması ehtimalı yüksəkdir.



























