SON DƏQİQƏ
» » Kremlin sözçüsü Ukraynanı hədələdi: “Müharibə ola bilər“

Kremlin sözçüsü Ukraynanı hədələdi: “Müharibə ola bilər“

Tarix:

1-04-2021, 14:15

/ 3 777 dəfə oxundu.
Kremlin sözçüsü Ukraynanı hədələdi: “Müharibə ola bilər“

Donbasın Şumı bölgəsində Rusiyapərəst separatçıların açdığı atəş nəticəsində martın 26-da dörd Ukrayna əsgəri öldürülüb. Bundan sonra Kiyev hökuməti Rusiyanın şərq sərhədindəki hərbi gücünün artdığını və Rusiyapərəst separatçıların atəşkəsi pozmağa başladıqlarını bildirdi.

GünAz.az xəbər verir ki, sözügedən hadisədən sonra Kreml məsələ ilə bağlı açıqlama verib. Kremlin sözçüsü Dmitri Peskov gərginliyin artması səbəbiylə narahatlığını dilə gətirib:

 

"Eyni zamanda, Ukraynanın bu və ya digər şəkildə edə biləcəyi təxribat xarakterli bir hərəkətin müharibəyə gətirib çıxara biləcəyindən də narahatıq. Bunu görmək istəmirik. Müharibə deyərkən vətəndaş müharibəsi demək istədim”./yenisabah/


 
скачать dle 12.1

Şərhlər