SON DƏQİQƏ
» » NATO Baş katibindən kritik Türkiyə-Yunanıstan AÇIQLAMASI

NATO Baş katibindən kritik Türkiyə-Yunanıstan AÇIQLAMASI

Tarix:

5-02-2021, 00:04

/ 1 331 dəfə oxundu.
NATO Baş katibindən kritik Türkiyə-Yunanıstan AÇIQLAMASI

NATO Baş katibi Yens Stoltenberq "NATO 2030 üçün yeni fikirlər” adlı videokonfransa qatılıb.

GunAz.az xəbər verir ki, Stoltenberq konfransda Türkiyə və Yunanıstan arasındakı gərginliklə bağlı sualları da cavabalayıb.

O, müttəfiqlər arasında düşüncə fərqinin ola biləcəyini qeyd edib və bu məsələnin NATO-nun xüsusi diqqətində olduğunu bildirib:

"Həm Türkiyə, həm də Yunanıstan bizim dəyərli müttəfiqlərimizdir. Şərqi Ağdəniz də daxil olmaqla bəzi məsələlərdə anlaşa bilmirlər”.

Stoltenberq gərginliklərin aradan qalxması üçün NATO-nun xüsusi bir mexanizm qurduğunu və bu mexanizm nəticəsində Türkiyə ilə Yunanıstan arasında görüşmələrin önünün açıldığını bildirib:

"Bəli, problemlər var, amma məncə, NATO-nun edə biləcəyi ən önəmli şey problemləri dilə gətirmək yox, həlli üçün effektiv yol tapmaqdır”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ