SON DƏQİQƏ

Yunan polisindən miqrantlara qarşı vəhşilik

Tarix:

10-09-2020, 08:57

/ 2 732 dəfə oxundu.
Yunan polisindən miqrantlara qarşı vəhşilik

Yunanıstan polisi Lesbos adasında Mitilini limanına keçməyə çalışan yüzlərlə miqrant və qaçqına qarşı gözyaşardıcı qaz tətbiq edib.

GunAz.az xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb.

Belə ki, yaşadıqları düşərgə yandırıldıqdan sonra şosedə gecələyən miqrantlar liman ərazisinə keçmək istəyiblər. Miqrantlar arasında yunan hökuməti tərəfindən qayığın göndəriləcəyi və onların Yunanıstanın materik hissəsinə aparılacağı ilə bağlı şayiə yayılıb. Lakin sonradan bəlli olub ki, qayıq sadəcə miqrantların gecələməsi üçün göndəriləcək və hər hansı daşınmadan söhbət getmir.

Bundan sonra miqrantlarla polislər arasında toqquşma yaşanıb. Miqrantlar hökumətin qərarına etiraz olaraq yaxınlıqdakı zeytun ağaclarını, yaşıllıqları yandırmağa başlayıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ