Koronavirus pandemiyası səbəbindən Avropa daxili sərhədlərinin bağlanması, beynəlxalq gediş-gəlişin dayandırılması qeyri-qanuni miqrasiyanın azalması ilə nəticələnib. Qaçqınların sayının azalması yunan hökumətinin bütün gücünü koronavirusla mübarizəyə səfərbər etməyə imkan yaradıb.
BMT-nin qaçqınlar üzrə məruzəsində qeyd edilir ki, Egey adalarına martın 30-dan aprelin 4-nə kimi 39 nəfər qaçqın gəlib. Bu isə keçən aylarla nisbətdə çox azdır. Eyni zamanda artıq Egey adalarında olan 285 nəfər, Yunanıstanın materik hissəsində yerləşən düşərgələrə göndərilib.
Qeyd edək ki, Yunanıstan hökuməti bir müddət öncə miqrant axınının qarşısını almaq üçün güc tətbiqindən istifadə edirdi