SON DƏQİQƏ
» » Akardan ABŞ-a xəbərdarlıq: Bu, münaqişəyə səbəb olacaq

Akardan ABŞ-a xəbərdarlıq: Bu, münaqişəyə səbəb olacaq

Tarix:

3-09-2020, 13:10

/ 4 860 dəfə oxundu.
Akardan ABŞ-a xəbərdarlıq: Bu, münaqişəyə səbəb olacaq

Türkiyə gərginlik yaratmağın deyil, beynəlxalq hüquq çərçivəsində maraqlarının arxasınca düşüb.

Bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, buna heç kim maneçilik törədə bilməz:

"Minlərlə kilometr məsafədən gəlib hegemonluq edənlər, özlərini mələk kimi göstərənlər var. Bunlar gəldikləri kimi gedərlər. Siz əgər Cənubi Kiprlə bağlı silah embarqosunu ləğv etsəniz, bu, sülhə deyil, münaqişəyə, həll yoluna deyil, çıxılmaz vəziyyətə gətirər. Üçüncü ölkələr bu məsələyə düzgün yanaşmalıdır. Əgər belə olarsa, həll variantı tapıla bilər.”

Qeyd edək ki, ABŞ Cənubi Kiprə silah embarqosunu qismən ləğv edib.

скачать dle 12.1

Şərhlər