SON DƏQİQƏ
» » Ermənistan TƏŞVİŞDƏ: Tramp bu addımı atsa, Bakı çox güclənəcək

Ermənistan TƏŞVİŞDƏ: Tramp bu addımı atsa, Bakı çox güclənəcək

Tarix:

13-11-2018, 14:28

/ 10 375 dəfə oxundu.
Ermənistan TƏŞVİŞDƏ: Tramp bu addımı atsa, Bakı çox güclənəcək

ABŞ-da Azərbaycana silah satışına qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb.

GunAz.az Publika -ya istinadən xəbər verir ki, ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data”nın rəhbəri Aram Qəmbəryan Tramp Administrasiyasının 907-ci düzəlişi ləğv etmək istədiyini deyib.

Onun sözlərinə görə, Tramp Administrasiyası bu qətnaməni ləğv etməyi bacarmasa belə, onu donduracaq:

“Məsələ ondadır ki, bu qətnamə arada qalxsa və ABŞ silah satmağa başlasa, bu Ermənistanın marağına uyğun deyil. Doğrudur, ABŞ münaqişənin hər iki tərəfinə, yəni Azərbaycana və Ermənistana silah satmalı olacaq. Çünki tərəflərdən birinə silah satmaq qətnamənin pozulması deməkdir. Lakin burada hansı ökənin nə qədər silah ala bilmək potensialı əsas rol oynayır. Azərbaycanın daha çox silah almaq imkanı var. Digər tərəfdən, mövcud potensiala görə, Azərbaycanın alacağı hər silah bu ölkənin ordusunun gücünü daha da artıracaq. Biz bundan narahatıq və qətnamənin qüvvədə qalması üçün əlimizdən gələni edəcəyik”, - deyə erməni diaspor rəhbəri bildirib.

скачать dle 12.1

Şərhlər