SON DƏQİQƏ
» » Tramp verdiyi vədi pozdu: Kürdlərə silah yardımı

Tramp verdiyi vədi pozdu: Kürdlərə silah yardımı

Tarix:

28-11-2017, 09:48

/ 1 047 dəfə oxundu.
Tramp verdiyi vədi pozdu: Kürdlərə silah yardımı

ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana YPG-yə silah yardımının dayandırılması ilə bağlı verdiyi vədindən 3 gün sonra Suriyanın şimalına doğru hərəkət edən yeni TIR-lar görüntülənib.

Gunaz.az Teleqraf.com-a istinadla xəbər verir ki, görüntülərdəki 100 TIR-ın ABŞ Mərkəzi Qüvvələr Komandanlığına məxsus olduğu bildirilib.

İddialara görə, silah dolu TIR-lar YPG döyüşçüləri olan bölgəyə gedib.

Pentaqonun sözçüsü Erik Pahon yayılan məlumatı təsdiqləyib: “Kürd tərəfdaşlarımıza İŞİD terror təşkilatını məğlub etmək üçün yardımı davam etdirəcəyik. Əsas odur ki, İŞİD geri dönməsin”.

 

скачать dle 12.1

Şərhlər