SON DƏQİQƏ
» » ABŞ və İran arasında danışıqlar başa ÇATDI

ABŞ və İran arasında danışıqlar başa ÇATDI

Tarix:

Dünən, 22:40

/ 2 367 dəfə oxundu.
ABŞ və İran arasında danışıqlar başa ÇATDI

ABŞ və İran arasında Qətərin paytaxtı Dohada keçirilən dolayı danışıqlar başa çatıb.
GunAz.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi məlumat verib.
Onun sözlərinə görə, İran nümayəndə heyəti iyulun 1-də səhər saatlarında Dohada danışıqlara başlayıb. Gün ərzində Qətər və Pakistanın vasitəçiliyi ilə üçtərəfli formatda iki görüş keçirilib.
Qəribabadi danışıqların yekunlaşdığını açıqlasa da, görüşlərin nəticələri və tərəflərin əldə etdiyi mümkün razılaşmalar barədə əlavə məlumat verməyib.
Bundan əvvəl "Al Arabiya" telekanalı mənbələrə istinadən ABŞ və İran nümayəndə heyətləri arasında Dohada dolayı texniki danışıqların başladığını bildirmişdi. Məlumata görə, danışıqlar Qətər və Pakistanın vasitəçiliyi ilə təşkil olunub.
скачать dle 12.1

Şərhlər