SON DƏQİQƏ
» » Qətəri Ermənistanda nə maraqlandırır? TƏHLİL

Qətəri Ermənistanda nə maraqlandırır? TƏHLİL

Tarix:

19-11-2019, 15:32

/ 1 313 dəfə oxundu.
Qətəri Ermənistanda nə maraqlandırır? TƏHLİL

Azərbaycanın artan regional və beynəlxalq nüfuzu, iqtisadi sahədə əldə etdiyi uğurlar ölkəmizə olan beynəlxalq marağı artırır. Bu gün Avropadan Asiyaya, Qərbdən Şərqə böyük bir coğrafiyaya daxil olan ölkələr Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa üstünlük verir, rəsmi Bakı ilə münasibətləri daha da inkişaf etdirməyə çalışırlar.

Günümüzdə Azərbaycan ərəb dünyası, müsəlman aləmi də çox möhkəm, sıx əlaqələr qurub və bu əlaqələri hər ötən gün bir qədər də inkişaf etdirir. Ən son Qoşulmama Hərəkatının Bakı zirvə görüşündə bunun əyani şahidi olduq.

Azərbaycan əksəriyyət ərəb ölkələri kimi Qətərlə də yüksək səviyyəli əlaqələr qurub və bu əlaqələri inkişaf etdirir. Elə ötən gün Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşündə də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi vurğulanıb. Ancaq burada bir məqama da diqqət çəkməmək mümkün deyil ki. bu da Qətərin işğalçı Ermənistanla əlaqələr yaratmaq cəhdidir. Sözügedən ölkənin həm Azərbaycan, həm də Ermənistanla əlaqələri inkişaf etdirmək cəhdinə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin  sədri, politoloq Elxan Şahinoğlu əvvəlcə diqqəti dövlət başçısı ilə Qətərin yeni səfiri arasındakı görüşə yönəldib: "Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də Qətərin Azərbaycana yeni təyin olunan səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib. İlham Əliyev Qətər səfiri ilə görüşdə dedi ki, iki ölkə arasında əlaqələrin inkişafına önəm verir. Prezidentin sözlərinə görə, Azərbaycanla Qətər beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olub. Hökumətlərarası fəaliyyət və nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Azərbaycan prezidentinin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var". Mərkəz rəhbəri deyib ki, buna baxmayaraq, Qətərin Azərbaycan torpaqlarını işğal edən Ermənistanla da sıx əlaqələri var: "Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Qətərdə olmuşdu. Ermənistanın hazırki prezidenti Armen Sərkisyan da bir neçə gün əvvəl Qətərə səfər edib. Armen Sərkisyan Qətər əmiri ilə müzakirələr apardıqdan sonra bu ölkədə keçirilən innovasiya sammitində iştirak edib. Armen Sərkisyan Ermənistanın Qətərdə açdığı yeni səfirlik binasında olub. Maraqlıdır ki, Ermənistan prezidenti bu səfirliyin açılmasında Qətər əmirinin xüsusi rol oynadığını vurğulayıb. Armen Sərkisyan bu fikri Qətərə səfəri zamanı bir neçə dəfə təkrarlayıb. Belə nəticəyə gəlmək olar ki, həmin səfirliyin maliyyə xərclərini elə Qətər təmin edib. Ermənistan prezidenti xanımı ilə birgə Qətər əmirinin xanımının rəhbərlik etdiyi fondda da olub". Elxan Şahinoğlu bildirib ki,  Qətər İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və qəbul edilən çoxsaylı qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq görünür bu Qətərə Ermənistanla siyasi əlaqələri yüksək səviyyədə saxlamağa mane olmur: "Bir müddət əvvəl Qətərin bir qrup biznesmeni Ermənistana səfər edərək ortaq əməkdaşlığı müzakirə etmişdilər. Aydındır ki, Ermənistanın Qətərlə ticarət mübadiləsini artırmaq imkanları yüksək deyil. Qətərin Cənubi Qafqaz ölkələri ilə arasında Azərbaycanla ticarət mübadiləsini artırmaq imkanları var və Qətərdə onu da bilirlər ki, rəsmi Bakı islam və türkdilli ölkələrin işğalçı Ermənistanla əməkdaşlığına mənfi yanaşır. Çünki, islam və türkdilli ölkələr atdıqları imzalara hörmət etməlidirlər. Məsələnin qəribə tərəfi həm də odur ki, Qətər Türkiyənin strateji tərəfdaşıdır. Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər gərginləşəndə Ankara Dohanı dəstəklədi və bununla Ər-Riyadla münasibətləri daha da soyudu. Digər tətəfdən Türkiyənin Qətərdə hərbi bazası mövcuddur. Qətərdə onu da bilməmiş deyillər ki, Ermənistan Türkiyəni də özünə düşmən sayır. Ancaq bu amil də Dohaya İrəvanda siyasi təmaslara diqqətli olmağa kifayət etmir. Əslində Ankara Ermənistanla əməkdaşlıq mövzusunda Dohaya məsləhətini əsirgəməməlidir. Bu arada, Qazaxıstan Senatının rəhbəri Dariqa Nazarbayevin İrəvana səfəri Azərbaycanda suallar doğurdu. Çünki, Dariqa Nazarbayevanın atası, Qazaxıstanın keçmiş prezidenti və lideri Nursultan Nazarbayev Azərbaycanla sıx əməkdaşlığın tərəfdarıdır. Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən son zirvə toplantıısnda bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən yekun bəyanata imza atmışdı. Əlbəttə, Azərbaycan başqa dövlətlərin, o cümlədən qardaş ölkə olan Qazaxıstanın daxili işlərinə qarışmır. Və onu da nəzərə alırıq ki, Qazaxıstan Ermənistan kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq Azərbaycan qardaş ölkələrdən Ermənistanla əməkdaşlıqda həssas olmalarını arzu edir. Ən azı Ermənistana səfər edən rəsmi şəxs "görəsən mənim Ermənistana səfərim qardaş Azərbaycanda necə qarşılanacaq" sualı üzərində düşünməlidir".

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ