SON DƏQİQƏ
» » "Bu sahədə əksər Qərb ölkələrini də qabaqlamışıq" - İlham Əliyev

"Bu sahədə əksər Qərb ölkələrini də qabaqlamışıq" - İlham Əliyev

Tarix:

25-10-2019, 14:17

/ 373 dəfə oxundu.
"Bu sahədə əksər Qərb ölkələrini də qabaqlamışıq" - İlham Əliyev

Azərbaycan insan hüquqları və azadlıqları kimi dəyələrə sadiqdir.

GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə deyib.

"Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, 1 əsr əvvəl müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulub və qadınlara səsvermə hüququ verilib. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün azadlıqlar, qanunun aliliyi təmin olunur”.

Prezident qeyd edib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib:

"Azərbaycana 270 milyard dollardan artıq sərməyə qoyulub, bunun da yarısı xarici sərmayədir. Ölkəmizin xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ