SON DƏQİQƏ
» » Sevgilisinin yeni həyat vədinə aldanan qızın meyiti tapıldı - Foto

Sevgilisinin yeni həyat vədinə aldanan qızın meyiti tapıldı - Foto

Tarix:

Dünən, 22:05

/ 3 264 dəfə oxundu.
Sevgilisinin yeni həyat vədinə aldanan qızın meyiti tapıldı - Foto

Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib.
GunAz.az xəbər verir ki, bu barədə məlumatı "Sapari" təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb.
O bildirib ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis mənzilin qapısını sındıraraq içəri girib və orada onun cəsədini tapıb.
Pataraianın verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb:
"Bir neçə gün əvvəl rusiyalı bir bloqer (influenser) İnstaqramda mənimlə əlaqə saxladı və bu dəhşətli femisid (qadın qətli) hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi. Hadisə belə olub:
Azərbaycandan olan gənc, gözəl və yetim bir qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Ona Gürcüstanda birlikdə yaşamaq, işləmək təklif edib. Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıblarmış, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi olan oğlan qızın telefonunu lombarda qoyub, bundan əvvəl isə qızı amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb".
Onun sözlərinə görə, qız tezliklə yoxa çıxıb. Qonşular bildirib ki. ötən gecə mənzildən güclü dava-dalaş səsi gəlirmiş. Polisə zəng edilib, hüquq-mühafizə orqanı əməkdaşları qapını sındırıb və mənzildə qızın cəsədini tapıblar.
"Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub. Mərhumun yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə onun hüquqi varis kimi tanınması lazımdır.
Medianı bu işi araşdırmağa çağırıram. Prokurorluğu mərhumun bacısının adından bizi işə cəlb etməyə çağırıram ki, artıq üç ölkəyə toxunan bu femisid işinin materiallarını öyrənmək imkanımız olsun". - deyə qeyd edilib.
скачать dle 12.1

Şərhlər