SON DƏQİQƏ
» » Tramp Vaşinqtonda Qətərin əmirinin şərəfinə ziyafət süfrəsi açıb

Tramp Vaşinqtonda Qətərin əmirinin şərəfinə ziyafət süfrəsi açıb

Tarix:

9-07-2019, 18:58

/ 1 957 dəfə oxundu.
Tramp Vaşinqtonda Qətərin əmirinin şərəfinə ziyafət süfrəsi açıb

Qətərin əmiri Təmim bin Həmd Ali-Sani Vaşinqton səfəri çərçivəsində prezident Donald Trampla görüşüb. Donald Tramp Qətərin əmirini əla dost adlandırıb və onun şərəfinə ziyafət süfrəsi açıb.

GunAz.az Əlcəzirəyə istinadla xəbər verir ki, prezident Donald Tramp Qətərin əmiri Təmim bin Həmd Ali-Saninin şərəfinə ziyafət süfrəsi təşkil edib.

Ziyafətdə çıxışı zamanı Donald Tramp bildirib ki, Qətər ABŞ-da ən çox yatırımlar edən ölkələr sırasındadır. Donald Tramp Qətərin əmirini əla dost alandırıb.

“Biz görüşdük. Çox yaxşı görüş oldu. Yenə də görüşəcəyik. Həmçinin Qətərin müxtəlif sahələrinin nümayəndələri ilə görüşlərin keçirilməsini istəyirik. Çox şeylərdən danışa bilərik. Burada müdafiə məsələlərindən tutmuş, alınacaq şeylərə və ticarət məsələlərinə qədər mövzular var”, deyə Tramp bu əmirliyin ABŞ-da eləcə də ABŞ-ın Qətərdə olan əl-Ədid hərbi qərargahında böyük yatırımlar etdiyini deyib.

Qətər Dövlət Xəbər Agentliyi QNA-nın məlumatına görə əmirin Vaşinqton səfərində tərəflər arasında, müdafiə, enerji, hava nəqliyyatı, yatırımlar və sairlə bağlı memorandum və müqavilələr imzalanacaq.

Mənbə bildirib ki, iki dövlət başçısı strateji əməkdaşlığın inkişaf etdirilməsi, regionda və dünyada baş verən prosesləri də müzakirə edəcəklər.

Qeyd edək ki, Səudiyyə, BƏƏ, Misir və Bəhreynin iki il öncə Qətərlə əlaqələri dayandırması və bu ölkəni iqtisadi blokadaya salmasından sonra rəsmi Dohanın Amerika ilə hərbi müqavilələrinin sayı və dəyəri kəskin artıb. 

скачать dle 12.1

Şərhlər