SON DƏQİQƏ
» » Belə getsə, dünya 100 il əvvələ qayıdacaq – Türkiyə

Belə getsə, dünya 100 il əvvələ qayıdacaq – Türkiyə

Tarix:

7-03-2017, 17:35

/ 2 804 dəfə oxundu.
Belə getsə, dünya 100 il əvvələ qayıdacaq – Türkiyə

Almaniyaya gedirəm, heç kim əngəl ola bilməz.
Tez-tez Avropanın ortaq dəyərlərindən, demokratiyadan danışırıq. Bu mövzuda Türkiyəyə dərs verməyə çalışan ölkələrin İkinci Dünya müharibəsi zamanı yürütdükləri siyasət qəbuledilməzdir.
Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrin nümayəndələri ilə keçirdiyi toplantıda deyib.
"Almaniyanın mənim iştirak edəcəyim toplantının məkan sahibinə təzyiq etməsi, sonra həmin yerin sənədlərini ləğv etməsi də qəbuledilməz haldır. Bu, insan hüquqlarına ziddir. Almaniyanın insanları belə cəzalandırıb, nəyəsə nail olması mümkün deyil.
Əgər bu irqçiliyin qarşısını almasaq, dünya İkinci Dünya müharibəsindən əvvəlki vaxtlara qayıdacaq. Mən bu gün Almaniyaya - Hamburqa gedirəm. Oradakı vətəndaşlarımıza görüşməyimizə heç kim mane ola bilməz. Heç bir ölkə ilə münasibətlərimizin pozulmasını istəmirik. Amma bizə qarşı düşmən münasibət göstərsələr, bunun cavabını verəcəyik”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, son günlər Almaniya-Türkiyə münasibətlərində ciddi gərginlik yaşanır. Buna səbəb referendum təbliğatı həyata keçirəcək Türkiyə rəsmilərinin Almaniyada çıxışlarına qadağa qoyulması olub.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ